Futbol yığması Almaniyadakı ənənəvi turnirdə ilk oyununu keçirdi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş ənənəvi turnirdə ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçularımız Almaniyanın Meklenburq-Vorpommern regional yığması ilə qarşılaşıb.

Millimiz bu qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın hər iki qolunu Fərid Nəbiyev vurub.

Qeyd edək ki, yığmamız turnirdəki 2-ci oyununu Baden regionunun yığmasına qarşı keçirəcək.

AzNews.az