Rəis Rəsulzadə Bakıya qayıdır -VİDEO

Almaniyada böyrək əməliyyatı keçirən Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadədən xəbər var.

ANS TV-yə müsahibə verən Rəis Rəsulzadə özünü yaxşı hiss etdiyini və müayinələrinin bir müddət davam edəcəyini deyib. Hazırda ambulator müayinəyə buraxılan Rəis Rəsulzadə bu ayın sonu Bakıya dönəcək.

"Xəstəxanadan çıxmışam amma gedib-gəlirəm. Müalicəm ayın axırına kimi yəqin ki, tamamlanar. Müayinə üçün ildə iki dəfə Almaniyaya gəlməliyəm".




AzNews.az