Con Kerri İsrailə getdi

ABŞ-ın Dövlət katibi Con Kerri bölgədə yaranmış vəziyyəti müzakirə etmək üçün İsrailə səfər edib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, səfər çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu və hazırda bu ölkədə olan BMT baş katibi Pan Ki Mun ilə görüşəcəyi gözlənilir.

C. Kerri Tel-əvivdəki görüşlərini başa vurduqdan sonra Ramallaha gedərək, Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.
Xatırladaq ki, C. Kerri İsrailə Misirdən gəlib.

Aydan
AzNews.az