FİFA “DÇ-2014“ün simvolik yığmasını açıqladı

FİFA "DÇ-2014"ün simvolik yığmasını açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda ən çox Almaniya və Braziliya yığmalarının futbolçuları yer alıb.

Hər iki milli 4 futbolçu ilə təmsil olunub. Argentinanın iki, Kolumbiyanın isə bir futbolçusu simvolik yığmaya düşüb.

Almaniya yığması ilə dünya kubokunu qazanan Yoahim Löv "DÇ-2014"ün simvolik yığmasının baş məşqçisi seçilib.

Qapıçı: Manuel Noyer (Almaniya)

Müdafiəçilər: David Luiz, Marselo, Tiaqo Silva (hər üçü Braziliya), Mats Hummels (Almaniya)

Yarımmüdafiəçilər: Anxel di Mariya (Argentina), Xames Rodriqes (Kolumbiya), Toni Kroos (Almaniya)

Hücumçular: Lionel Messi (Argentina), Tomas Müller (Almaniya), Neymar (Braziliya)

Baş məşqçi: Yoahim Löv (Almaniya).

AzNews.az