Kəbədə yanğın- VİDEO+ FOTOLAR

Bu gecə müsəlmanların qibləgahı olan Məscidi Həramda yanğın baş verib.

AzNews.az-ın məlumatına görə, anspress Səudiyyə Ərəbistanının mediasına istinadən xəbər verir ki, yanğın genişləndirmə işlərinin aparıldığı ərazidəki taxta konstruksiyalarda başlayıb.

Məlumata görə, fövqəladə hallar idarəsi yanğının söndürülməsi üçün bütün gücünü səfərbəf edib.

İdarədən verilən məlumata görə, hadisə nəticəsində hələlik ölən və xəsarət alan qeydə alınmayıb.

Səudiyyə Ərəbistanı rəsmiləri yanğın barədə mətbuata əlavə açıqlama veriləcəyini açıqlayıb.

Müqəddəs məkanda yanğının tamamilə söndürüldüyü və hazırda soyutma işləri aparıldığı bildirilir.





AzNews.az
image description image description image description image description image description image description image description image description image description