Ölümlə nəticələnən yol qəzası baş verdi

Bu gecə Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonu, Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon mərkəzindən 5 km aralı) ərazisindən keçən hissəsində vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1961-ci il təvəllüdlü Loğman Fərrux oğlu Osmanova məxsus "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü L. Osmanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:39-da başa çatıb.

AzNews.az