Tatlısəs əməliyyat olunacaq

Tanınmış müğənni İbrahim Tatlıses başındakı sümük parçasından xilas olmaq üçün əməliyyat olacaq. Əməliyyat ABŞ-da keçiriləcək.

ANS PRESS-in məlumatına görə, silahlı hücuma məruz qaldıqdan sonra başından yaralanan müğənninin zədələnən kəllə sümüyünün parçalarından biri risk daşıdığı üçün çıxarılmamışdı. Bu isə onun sol tərəfini iflic etmişdi. Müğənni ABŞ-da keçirəcəyi əməliyyatla sol qolunun hərəkət qabiliyyətini yenidən qazanmağı hədəfləyir.

Tatlısəs sümüyün çıxarılması üçün Ramazan Bayramından sonra ABŞ-a gedəcək.

Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci il 14 mart tarixində İstanbulun Maslak ərazisində silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni uzun müddət müalicə kursu keçib. Sənətçi hələ də oxumur və sol tərəfini hərəkət etdirə bilmir.

AzNews.az