“Azəriqaz”ın əməkdaşı döyüldü

Bakıda "Azəriqaz" ın əməkdaşı döyülüb.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Süleyman Rüstəm küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində qeydə alınıb.

"Azəriqaz" İB-nin əməkdaşı Asif Arazxan oğlu Camalov naməlum şəxs tərəfindən döyülüb. A. Camalov bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

AzNews.az