Bakı Metropoliteninin işçisi həbs olundu

Bakıda axtarışda olan metro işçisi saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən verilən əmlumata görə, saxlanılan Seymur Məhərrəmov Bakı Metropoliteninin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az