Nadirin “gülməli“ yalanı: müğənni özünü biabır etdi – FOTO

AzNews.az-ın Nadir Qafarzadənin avtomobili ilə bağlı yayımladığı xəbərə Nadir Qafarzadənin reaksiyası qalmaqallı məsələni bir qədər də böyüdüb.
Xatırladaq ki, saytın verdiyi xəbərdə qeyd olunurdu ki, Binəqədi rayon sakini Rayon Polis İdarəsinə müraciət edərək, 10 gündür, evinin qarşısında tanımadığı avtomobilin saxlanıldığını və buna görə də həyətinə girə bilmədiyini deyib. Şikayətdən sonra idarənin 7-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana gəliblər. Məlum olub ki, doğrudan da 90 BS 777 nömrə nişanlı "LEXSUS - 570" markalı avtomobil şikayətçinin həyət qapısının önündə saxlanılıb. Bundan sonra avtomobil evakuatorla idarənin cərimə meydançasına aparılıb və onun sahibinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, avtomobil tanınmış müğənni Nadir Qafarzadəyə məxsusdur. Bundan sonra müğənnin axtarışına başlanılıb. O, xaricdə olduğuna görə, prodüseri Musa polis bölməsinə çağırılıb. Xəbərdə qeyd olunurdu ki, prodüser polislərlə anlaşıb və N. Qafarzadənin özü olmadan, avtomobili cərimə meydançasından çıxarmaq mümkün olub. Həmin vaxt müğənnini prodüseri Musa saytımza açıqlamasında xəbərin yalan olduğunu və müğənninin Türkiyədə, maşının isə ustada olduğunu bildirmişdi.


N.Qafarzadə isə dünən ANS PRESS-ə açıqlamasında bildirib ki, maşının cərimə meydançasına aparılması xəbəri şayiədir: "Artıq bir neçə gündür ki, Türkiyədəyəm. Sənətçi dostlarımla birgə Fransada iştirak etdiyim "Fort Boyard" yarışmasından sonra buraya dincəlməyə gəlmişəm. Hər zamankı kimi ailəmlə, doğmalarımla birlikdə istirahət edirəm. Belə bir xəbər oxudum ki, guya avtomobilimi cərimə meydançasına aparıblar. Açığı xəbəri oxuyub, güldüm. Belə bir şey olmayıb. Bu yalandır. Mən Türkiyədə, maşınım da qarajda, ustadadır. Deyəsən bütün şayiələr tükənib, indi keçiblər maşınıma? Dəyərli media jurnalistlərindən xahiş edirəm ki, məlumatı yazmadan öncə araşdırasınız. Əgər belə bir şey varsa, etiraz etmirəm, yazın. Amma olmadan yazmaq, bu haqsızlıqdır. Bu cür söz-söhbətlərlər mənim istirahətimi pozma bilməz. İstirahətimi pozmaq istəyənlər varsa, onlara demək istəyirəm ki, alınmayacaq".
Nadir Qafarzadənin yayılan məlumatı təkzib eləməsi sayt əməkdaşlarını bu məsələylə bir daha marağlanmağa sövq edib.
Polisdən AzNews.az-a verilən məlumata görə, cərimə meydançasına aparılan avtomobilin kimə məxsus olduğunu öyrənmək üçün avtomobilin içərisinə baxış keçirilib. Məlum olub ki, avtomobilə məxsus sənədlər yoxdur. Bircə sığorta kağızı olub. Həmin sığorta kağızı vasitəslə bir nəfəri tapmaq mümkün olub: "Sığorta Aqşin adlı bir nəfərin adına yazılmışdı. Həmin şəxsin nömrəsi də var idi. Bundan sonra həmin şəxs bölməyə dəvət olundu. O isə həmin avtomobilin əvvəlki sahibi olduğunu və onu müğənni Nadir Qafarzadəyə satdığını bilirdi".
AzNews.az-ın əməkdaşı hazırda Nadir Qafarzadəyə məxsus olan 90 BS 777 nömrə nişanlı "LEXSUS - 570" avtomobilinin ilk əvvəlki Sahibi olan Aqşin adlı şəxsi də tapıb. Aqşinin dedikləri isə müğənninin tam yalan danışdığını üzə çıxarır. Avtomobilin ilk sahibi saytımıza açıqlamasında polisə çağrıldığını və belə bir hadisənin baş verdiyini təsdiqləyib: "Orda bizlik heç nə olmayıb. Bizim Nadirlə heç bir əlaqəmiz yoxdur. Məni polisə çağırdılar. Dedim ki, qardaş, mənim bu məsələyə heç bir aidiyyətim yoxdur .Orda tamam başqa-başqa şeylər olub. Nə məsələydisə polislər özləri orda həll elədilər. Polis çağırıb soruşdu ki, bu maşın nə vaxtsa sizin olubmu? Mən də dedim ki, bəli. Maşını Nadirə biz satmamışıq, maşını ona salonda satıblar. Hətta polisə gedənə kimi məsələnin nə yerdə olduğunu bilməmişəm. Ona görə də istəmirəm ki, adım bu məsələdə hallansın".

İntiqam Valehoğlu
AzNews.az