Ağsuda uşaq yaradıcılıq mərkəzinin ərazisində yanğın olub

Ağsuda uşaq yaradıcılıq mərkəzinin ərazisində yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağsu şəhərində uşaq yaradıcılıq mərkəzinin ərazisində transformatorun sarğıları və yağı yanıb.

Mərkəz yanğından mühafizə olunub. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az