Mübariz Qurbanlı ilk iclasını keçirdi – Foto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) kollektivinin ümumi iclası keçirilib.

Komitənin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, DQİDK-nın mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib. O bildirilib ki, əsası ümummilli lider tərəfindən qoyulmuş və bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi habelə vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalşdırılmasına xidmət edir.

Tədbirdə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilib.

Sonda bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.



AzNews.az