Erməni ordusu haqqında şok - Video

Rusiyalı bloqçu Sergey Yevstifeyev Ermənistanın Qafan şəhərinə səfəri zamanı söhbət etdiyi 70 yaşlı kilsə xidmətçisi Ermənistan ordusu barədə ifşaedici fikirlər söyləyib.

Axar.az-ın verdiyi məlumata görə, bloqçunun Yutuba yerləşdirdiyi videoda yer almış Edik adlı erməni keşiş 1963-1966-cı illərdə Rusiyanın Sankt-Peterburq şəhərində əsgəri xidmətdə olduğunu söyləyib. Onun sözlərinə görə, hazırdakı Ermənistan ordusu nizam-intizama görə sovet ordusundan çox geri qalır.

"Onda dövlət var idi, indi hər şey batıb. Orduda hər şeyə görə pul tələb edirlər. Pul verməsən, baxmırlar. Sovet dövründə iş vardı, pul vardı. Ona ət də, kolbasa da yeyirdik. Hamı müharibə, işsizlik üzündən ölkədən qaçıb. Leninqarda, Moskvaya, bütün Rusiyaya səpələniblər. Əlil adamam, 305 rubl (9 dollar) verirlər, buna yaşamaq olar?" - deyə, yaşlı keşiş şikatələnib.



AzNews.az