Avtobus qatarla toqquşdu- 20 uşaq öldü

Hindistanda məktəb avtobusunun qatarla toqquşması nəticəsində 20 uşaq ölüb.

APA-nın "The Hindustan Times"a istinadən verdiyi məlumata görə, hadisə ölkənin cənubunda baş verib.

Zərbə o qədər güclü olub ki, toqquşmadan sonra qatar avtobusu 1 kilometr sürüyüb.

Avtobusda 40 uşağın olduğu bildirilir.

AzNews.az