İki maşın toqquşdu- bir ölü

Tovuzda yol qəzası baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu Böyük Qışlaq kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşlara məxsus VAZ və "Opel" markalı minik avtomobilləri toqquşub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində VAZ markalı minik avtomobilinin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az