Təyyarənin qalıqları tapıldı

Fransa Müdafiə Nazirliyi Malinin Qao şəhərindən 70 kilometr məsafədə qəzaya uğramış Əlcəzairə məxsus təyyarənin qalıqlarının tapılması haqqında məlumatı təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, təyyarənin qalıqlarını Fransanın 2 qırıcı təyyarəsi aşkarlayıb.

İspaniyanın "Swiftair" şirkəti ilə birgə reys həyata keçirən "Air Algerie" aviaşirkətinin təyyarəsi Nigerin paytaxtı Niamey şəhərinin ərazisində qəzaya uğrayıb. Göyərtədəki 110 sərnişinin və 6 ekipaj üzvünün hamısının öldüyü təxmin edilir.

"Air Algerie" aviaşirkətinin rəsmi məlumatında bildirilir ki, təyyarənin göyərtəsində 116 nəfər olub. Onlardan 50-si Fransa, 24-ü Burkina-Faso, 8-i Livan, 6-sı Əlcəzair, 6-sı İspaniya, 5-i Kanada, 4-ü Almaniya, 2-si Lüksemburq və hərəsindən biri olmaqla Mali, Belçika, Nigeriya, Kamerun, Misir, Ukrayna, İsveçrə və Rumıniya vətəndaşı olub.

3 sərnişinin vətəndaşlığı hələ dəqiqləşməyib.

AzNews.az