Sevinc Babayevanın oğlu azadlıqda; Onu kim buraxdırdı?

"Mandat alverində" adı hallanan, sonradan müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın ötən ayın 25-də həbs olunan oğlu Ayxan Məmmədov bu gün azadlığa buraxılıb. AzNews.az xəbər verir ki, onun azadlığa buraxılması barədə qərarı bu gün keçirilən Apelyasiya Məhkəməsində verilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilib.
Qərara əsasən Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Məlumata görə, A.Məmmədovun azadlığa buraxılmasında yüksək çinli bir məmurun rolu olub.

Xatırladaq ki, Ayxan Məmmədov "Favorit" marketinin 4-cü mikrorayondakı (Binəqədi rayonu, Mir Cəlal küçəsi, 59, "Tərlan" şadlıq sarayının yaxınlığındakı) filialından oğurluğa cəhd etməkdə təqsirləndirilirdi. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

A.Məmmədov məhkəmə zalındaca həbs olunuraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Azər