Qəzaya düşən “Real Madrid“in təyyarəsi imiş -FOTO

Nigerin paytaxtında qəzaya düşən Əlcəzair Hava Yollarına məxsus təyyarədən yeni xəbər alınıb.

ANS PRESS-in məlumatına görə, bu laynerlə 2007-ci ildən 2009-cu ilədək dünyanın tanınmış ispan komandası "Real Madrid" uçub.

Malinin və Nigerin sərhədində qəzaya düşən "Ayr Aldjiria" aviaşirkətinin təyyarəsi bir vaxtlar "Real Madrid" futbol klubunun rəsmi təyyarəsi olub.
Bu haqda ispan nəşri "MARCA" xəbər verib.

Qeyd edək ki, Əlcəzair Hava Yollarına məxsus təyyarə Nigerin paytaxtında qəzaya uğrayıb. McDonnell Douglas MD-83 təyyarəsində 116 nəfər olub. Qəza nəticəsində onların hamısının öldüyü deyilir.
.
Təyyarənin ekipaj üzvləri hava şəraitinin pis olması səbəbilə uçuş xəttindən bir az kənara çıxmaq üçün icazə istəyib. Ekipaj üzvləri bununla digər sərnişin təyyarələri ilə toqquşmaqdan yayınmağa çalışıb. Bundan bir neçə dəqiqə sonra isə təyyarə radarlardan itib.



AzNews.az