Məşhur “qanuni oğru” həbs edildi – Minskdə (Video)

21 iyulda belarusiyalı "qanuni oğru"su Oleq Qerasimoviç həbs edilib. AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Mumu ləqəbi ilə tanınan "qanuni oğru" Minsk vilayətinin Slutsk şəhər məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilib.

Dəfələrlə məhkum edilmiş Mumunun "qanuni oğru" kimi bu ikinci həbsidir. İlk olaraq Qerasimoviç narkotikə görə həbs edilib və 6 ay Saratovsk vilayətində koloniyada olub.O, ötən ilin sentyabrında azadlığa çıxmışdı. Bundan sonra Mumu ilk dəfə olaraq Rusiyadan deportasiya edilib. Qeyd edək ki, tanınmış 6 Belarusiya "qanuni oğru"larından bu gün yalnız ikisi azadlıqdadır: Paştet və Lebed. Qalanlarından Kuşner, Qaley və Mumu artıq həbs edilib , Medvejonok isə hələ hökmünü gözləyir.



Aydan Axundova
AzNews.az