İlham Əliyev Əlcəzair Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya başsağlığı verib.
Başsağlığında qeyd olunur: "Air Algerie" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzNews.az