Nərdivandan yıxılan Şəki sakini xəstəxanada öldü

Nərdivandan yıxılması nəticəsində xəsarət almış Şəki rayon sakini xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyulun 20-də Şəki rayonunun Bideyz kənd sakini Hidayət İsgəndərov iş görərkən nərdivandan yıxılması nəticəsində qapalı kəllə-beyin xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilmiş H.İsgəndərov iyulun 24-də orada ölüb.

AzNews.az