Mahmudəli Çöhrəqanlı Kərkükə gedir

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqani Kərkükə gedir.

Aktual.az xəbər verir ki, bununla bağlı Çöhrəqani Türk dünyasına çağırış edib. Çağırışda qeyd olunur ki, türklər məzhəb ayrı-seçkiliyi etmədən birləşmək məcburiyytəindədirlər:

"Bölgəmizin nə qədər həssas və kritik bir durumda olduğu hər birinizə məlumdur. Qonşuluğumuzda yaşayan doğma qardaşlarımızın (Batı və Doğu türkmənləri, Suriya və İraq türkmənləri) vətənləri, milliyyətləri, şərəf və namusları ağır təhlükə altındadır. Onlar, aylardır, bağıraraq qardaşlarından yardım və imdad istəyirlər. Azacıq uzaqgörənliyimiz varsa, bu gün doğma qardaşlarımızın başına gələn müsibətlərin çox yaxın gələcəkdə bizim də başımıza gələ biləcəyəni anlamalıyıq. Ona görə, bölgəmizdəki (Ortadoğu) türklər məzhəb ayrı-seçkiliyi etmədən (Sünni-Şiə-Ələvi) bir ailədə doğulmuş qardaşlar kimi birləşmək məcburiyyətindədirlər. "Türkün türkdən başqa dostu yoxdur"- buna hamımız, vaxt itirmədən, inanmalıyıq.

Dolayısı ilə, bu deyimi hər zaman söyləməliyik: Bir olaq, böyük olaq, ayıq olaq, güc birlikdən doğar, zəfər də gücdən... Haydı bütün Oğuz Türk boyları birləşməyə doğru!"


GAMOH lideri, eyni zamanda, azərbaycanlı türk əsgəri olaraq, onun sözünü eşidən bütün millətçi fəallardan aşağıdakıları tələb edib:

1) Sakit və sülh yolu ilə milli oyanış hərəkatını İran adlanan ölkənin bütün bölgələrində davam etdirməliyik.

2) İran rejiminin ortaq düşmənimiz İŞİD-lə döyüş vəziyyətində olduğunu göz önünə alaraq, enerjisinin və gücünün hamısını, müvəqqəti olaraq, o cəbhəyə köçürməsinə imkan verməliyik. Bildiyiniz kimi, Amerika və İran dövlətləri bir-biri ilə qatı düşmən olmalarına baxmayaraq, Əfqanıstan və İraqda Taliban və Səddam əleyhinə, müvəqqəti olaraq, əməkdaşlıq edib və ortaq düşmənlərinə qarşıdırlar. İndiki vəziyyətdə biz də bu təcrübə və üsuldan istifadə etməliyik.

3) 18-60 yaş arası bütün millətçilər kiçik qruplar halında hərbi qaydaları göz önünə alaraq təşkilatlansınlar. Təbii ki, hərbi ehtiyaclarımızı ödəmək üçün bütün imkanlardan istifadə etməliyik.

4) Yaxın gələcəkdə hazır olan briqadalarımız, başlanğıc olaraq, doğma qardaşlarımızın vətəni sayılan İraq-Türkmən bölgəsinə göndəriləcəklər. Təbii ki, mən də, bir milli türk əsgəri olaraq, şübhəsiz, qardaşlarımızla birlikdə olacağam. Yaxın gələcəkdə zəfər bizimlədir.

AzNews.az