Ər maşınla hamilə xanımının üstündən keçdi -VİDEO

Türkiyənin İstanbul şəhərində qəribə hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Aksaray adlı bölgədə yaşayan 30 yaşındakı Mehmet Avan iddiaya görə, mübahisə nəticəsində avtomobillə həyat yoldaşının ayaqlarının üzərindən keçib.

6 aylıq hamilə olan 27 yaşındakı bir uşaq anası Fadimana Çar yoldaşının qızını kəndə zorla apardığını söyləyib.

O, yoldaşına "məni əzmədən gedə bilməzsən",- deyə bildirib. Fadimana Çarın bu sözlərini qulaq ardına vuran yoldaşı isə arvadının ayaqları üzərindən maşınla keçib.

Xəstəxanaya aparılan qadının və qarınındakı körpənin və vəziyyətinin yaxşı olduğu bildirilib. Polis qadının həyat yoldaşını yaxalamaq üçün axtarışa başlayıb.



AzNews.az