Azərbaycan 296 ermənini axtarışa verdi

Onlar soyqırımına görə məsuliyyət daşıyırlar

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunaraq cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Respublika Hərbi Prokurorluğunda ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi zamanı məlumat verilib.

Müşavirədə qeyd olunub ki, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az