Mərdəkan çimərliyində boğuldu

Bakı şəhər sakini dənizdə çimərkən suda boğulub.

AzNews.az-ın məlumatına görə, bu haqda informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, Xəzər rayonunun Mərdəkan çimərliyində Bakı şəhər sakini Kənan Kişiyev dənizdə çimərkən həyatını itirib.

Onun meyiti sudan çıxarılıb.

AzNews.az