Hollandiyadan erməni “gey“lər qovulur

Hollandiya hökuməti miqrant kimi yaşayan ermənilərin ölkədən çıxarılması ilə bağlı qərar verib.

ANS PRESS-in məlumatına görə, hökumət niyə məhz erməni miqrantları ölkədən çıxarmağa çalışdığını açıqlamayıb.

Hollandiya hökuməti könüllü şəkildə ölkəni tərk edən erməni ailəsinin hər bir üzvünə 1000 avro verməyə hazır olduğunu bəyan edib.

Ermənistan hökuməti isə Hollandiyanın bu qərarından məmnun olduğunu deyir. Rəsmi İrəvan hesab edir ki, Hollandiyadan çıxarılan ermənilər öz ölkələrinə qayıtdıqdan sonra Ermənistanın demoqrafik problemi az da olsa həll olunacaq.

Qeyd edək ki, Hollandiyada minlərlə erməni yaşayır.

AzNews.az