“Həmrəy” şimal bölgəsindəki tədbirlərə yekun vurdu

"Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Prezident yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsi çərçivəsində "Vətənimizin inkişafı üçün ictimai fəalıq" adlı sonuncu tədbirini Xaçmaz rayonunda uğurla həyata keçirib.

Xaçmaz Regional Turizm İnformasiya Mərkəzində keçirilən dəyirmi masa - seminarlarda AzDBİA-nın prorektoru, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı və digər qonaqlar iştirak edib.
"Həmrəy" GMDİB-nin sədri Yəhya Babanlı "Layıhə barədə məlumat vermiş və bunun əhəmiyyəti barədə çıxış etmişdir. Şimal bölgəsini əhatə edən layihənin gənclərin yaşadıqları regionun və ümumilikdə vətənimizin inkişafı üçün ictimai fəal olmalarına hesablandığını bildirib. Digər 5 rayonda uğurlu və məsuldar keçən "dəyirmi masa-seminar"larda gənclərin aktivliyinin hiss olunduğunu qeyd edib. Belə tədbirlərin Xaçmaz gənclərinin də sosial fəallıqlarına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Sonra Yusif Babanlı "Dövlət gənclər siyasəti haqqında məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Hər bir gənc Ümummilli Lider Heydər Əliyevin ideyaların sadiq olmalıdır. Bu strategiyanı inamla reallaşdıran Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir. Çünki, bu ideyalar müstəqil Azərbaycanın hərtərəfli inkişafına xidmət edir".

"Həmrəy"in keçirdiyi silsilə tədbirlərin gənclərdə özünə inam hissinin yüksəldilməsi, liderlik bacarığının yiyələnməsi və digər müsbət keyfiyyətlərin formalaşmasına xidmət etdiyini nəzərə alsaq müvafiq layihənin digər bölgələrdə də reallaşdırılmasın məqsədəuyğun hesab etmək olar".

Tədbirin gənclərin vətənimizin inkişafı üçün ictimai fəal olmalarında böyük rol oynadığını vurğulayan digər çıxış edənlər, belə layihələrin davamlı keçirilməsini təklif ediblər.

Daha sonra təlimçi Elxan Nəcəfov "Azərbaycan gəncliyi: milli birliyin və həmrəyliyin simvoludur" mövzusunda seminar aparıb.

Diskusiya şəklində keçən "Dəyirmi masa-Seminar"ın Xaçmaz gənclərinin geniş marağına səbəb olduğunu təsdiq edir.

Sonda, iştirakçılara sertifikatların verilmiş və xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, Layihənin I mərhələsi Siyəzən, Xızı, Şabran, II mərhələsi isə Quba, Qusar və Xaçmaz rayonlarında keçirilmişdir.

AzNews.az