5,0 bal gücündə zəlzələ baş verdi- Yaponiyada

Yaponiyada 5,0 bal gücündə zəlzələ olub.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Titidzima adasından 240 km şimal-şərqdə, ocağı 33,31 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

AzNews.az