Ələt-Astara yolu bağlandı

Ələt-Astara yolu bağlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yolun bağlanmasına səbəb yolun 147-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində baş verən ağır yol qəzasıdır.

Belə ki, saat 10:00 radələrində Elşad Kərimovun idarə etdiyi "KamAz" markalı 24 BE 814 dövlət nömrə nişanlı yük maşını ilə "Shaqman" markalı, 10 ZV 271 dövlət nömrə nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində "Shaqman" markalı yük maşınının sürücü ağır yaralanıb. Onu ağır vəziyyətdə xəstəxanaya aparıblar.

Hadisə zamanı yük maşınları aşaraq yolu bağlayıb. Hazırda yolun açılması üçün hadisə yerinə ağır texnika cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az