Qəzzada hərbi əməliyyatlarda 192 uşaq həlak oldu

Qəzzada 18 gün ərzində keçirilən hərbi əməliyyatlarda ən az 192 uşaq həlak olub.

APA-nın BMT-nin Məlumat Mərkəzində istinadən verdiyi məlumata görə, bu rəqəmi UNİSEF açıqlayıb.

UNİSEF Qəzzadakı münaqişə tərəflərini zorakılığı dərhal dayandırmağa çağırıb, məktəblərin toxunulmaz olduğunu bir daha onların diqqətinə çatdırıb.

AzNews.az