Meşə yanğınları davam edir

Lerik və Lənkərandakı meşə yanğınları ilə mübarizə hələ də davam edir. AzNews.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə zolağı ərazisində təxminən 50 ha sahədə müxtəlif növ ağaclar (palıd, dəmirağac, kol-kos) yanmaqda davam edir.

Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü (avtomobil yolundan təxminən 4-6 km yüksəklikdə) nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin qurumlarından 41 nəfər yanğınsöndürəni, 100 nəfər MM əsgərləri, Aviasiya Dəstəsindən 1 ədəd helekopter, 1 ədəd təyyarə, 200 meşə təsərrüfatı işçiləri və tırtıllı traktorlar cəlb edilib.
Yanğının yayılma təhlükəsi aradan qaldırılıb.

Lənkəran rayonu, Hirkan Milli Parkının ərazisində 20 ha sahədə meşə zolağı və dağlıq ərazidə də kol-kos yanmaqda davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 75 nəfər yanğınsöndürəni, Aviasiya Dəstəsindən 2 ədəd helekopter və meşə təsərrüfatı işçilərindən 80 nəfər canlı qüvvə cəlb edilib.

Hazırda yanğın qayalıq ərazidə davam edir.

Yanğınların söndürülməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

AzNews.az