Lökbatanda ağır yol qəzası baş verdi

Bakıda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. "Mercedes" markalı minik maşını yük maşını ilə toqquşub. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, yol polisi əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.

AzNews.az