“AAAF Park”dan açıqlama gəldi

"AAAF Park"ın direktorunun həbsi barədə xəbərə şirkət tərəfindən münasibət bildirilib.


Bu barədə "Qafqazinfo"ya açıqlama verən şirkətin məsul şəxsi Rəşad Əliyev bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Şirkətin təsisçisi Tofiq Heydərov hazırda iş başındadır".

R. Əliyev həmçinin bildirib ki, hazırda yayılmış məlumat şirkətin hüquqşünasları tərəfindən araşdırılır və hüquqi müstəvidə ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət olunacaq: "Bu məlumatlar müştərilərimiz arasında heç bir narahatçılığa səbəb olmamalıdır".

Qeyd edək ki, bir qədər sonra "AAAF Park"ın rəhbəri Tofiq Heydərovun da açıqlaması "Qafqazinfo"da dərc olunacaq.

AzNews.az