Abşeronda dəhşətli yanğın: 1 ölü

Abşeronda evdə yanğın olub.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyalar 18 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər qadının meyiti yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən aşkar edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.