Göyçayda 21 yaşlı oğlan kanalda batdı

Göyçayda 21 yaşlı oğlan kanalda batıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində ("Mingəçevir" sularda xilasetmə məntəqəsindən, təxminən, 130 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyev batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Hazırda batan şəxsin axtarışları davam etdirilir.

AzNews.az