Malayziya ukraynalı separatçılarla razılığa gəldi

Malayziya Ukraynanın şərqində sərnişin təyyarəsinin düşdüyü yerdə araşdırma aparmaq üçün separatçılarla razılığa gəlib.

ANS PRESS-in məlumatına görə, Malayziyanın baş naziri Najib Razak razılaşmanın bü gün qüvvəyə mindiyini bildirib.

Qərb jurnalistlərinin məlumatına görə, artıq bir qrup holland polisi zirehli avtomobillərlə müəyyən edilmiş əraziyə yola düşüblər. Niderlandın ədliyyə nazirinin dediyinə görə, ATƏT və rusiyameyilli separatçılarla əldə olunan razılığa əsasən hadisə yerinə 12 nəfərlik polis briqadası göndərə biliblər.

AzNews.az