Dilqəmin də məktubu ailəsinə çatdı

Ermənistan ordusu tərəfindən işğal olunan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun məktubu ailəsinə çatdı.

ANS PRESS-in məlumatına görə, girovun oğlu Kürdoğlu Əsgərov atasının yazdığı məktubun anasına çatdırıldığını deyib. O, bildirib ki, məktubu Bərdə rayonunda anası qəbul edib, özü hal-hazırda Bakıda olmasına baxmayaraq yazılanlardan xəbərdardır.

"Atam yazıb ki, vəziyyəti yaxşıdır. Hər kəsə salam göndərib və ona orada yaxşı baxıldığını yazıb. Amma mən buna inanmıram".

Qeyd edək ki, Beynəlxaql Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevlə görüş keçirilib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova adıçəkilən şəxslərin ailələrinə məktub yazdıqlarını bildirmişdi.

AzNews.az