Ukraynada qızğın döyüşlər davam edir -VİDEO

Ukraynada qızğın döyüşlər davam edir. ANS TV-nin məlumatına görə, Horlivka şəhərində gedən qızğın döyüşlərdə Ukrayna əsgərləri separatçıların mövqelərinə raketlərdən zərbələr endiriblər. İnsan itkisi barədə məlumat verilməsə də, şəhərin hüdudlarında bir anda başlayan çaxnaşma və partlayış səslərinin insanların təlaş içində bölgədən qaçmasına səbəb olduğu bildirilir.

Bölgədə vəziyyətin daha da gərginləşməsi ATƏT rəsmilərinin hadisə yerini tərk etməsinə səbəb olub.

Qızğın döyüşlərin getdiyi bir vaxtda prezident Pyotr Poroşenko Hollandiya və Avstraliyanın xarici işlər nazirlərini qəbul edib. Çıxışı zamanı Poroşenko qeyd edib ki, hazırda rəsmi Kiyevin əsas məqsədi silahlıları hadisə yerindən 40 km radiusa uzaqlaşdırmaqdır.

Amerika hökuməti Rusiyaya qarşı sanksiya siyasətində Avropa Birliyi ilə birgə addım atacağını deyib. Məlumata görə, prezident Barak Obama ötən gün tək-tək bütün Avropa liderləri ilə telefon bağlantısı yaradıb və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini istəyib.

BMT-nin açıqlamasına görə, Ukraynada son 4 ayda döyüşlər zamanı 1120-dən çox insan ölüb, 3442 nəfər yaralanıb.



AzNews.az