Uçuşa hazırlaşan “Boeing“ asfaltda ilişdi -FOTOLAR

Moskvanın Domodedovo aeroportunda kuryoz hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, Rusiya paytaxtında 35-dərəcə isti səbəbindən reyslərdən biri dayanıb. "S7" şirkətinə məxsus "Boeing 737" paytaxtdan Novosibirskə uçmalı idi. Lakin anormal isti nəticəsində "Boinq 737"-nin təkərləri uçuş zolağının ərimiş asfaltında ilişib qalıb.

Şahidlərin bildirdiyinə görə, uçuş vaxtı elan olunduqdan sonra bütün sərnişinlər yerlərində oturub. "Boeing" uçuş-enmə zolağı üzrə getdiyi zaman birdən ilişib. Sərnişinlər istidən ərimiş asfaltda təyyarənin dal şassisi 10-15 santimetr dərinliyə batdığını bildiriblər.

"Havanın yüksək temperaturu səbəbindən uçuş zolağında lokal problemlər yaranıb. Qısa müddətə məsələ həll olunacaq və iş rejimi bərpa olunacaq", - deyə "Domodedovo"nun mətbuat katibi Darya Korşunova bildirib.

Olaydan sonra sərnişinlər təyyarədən endirilib.








AzNews.,az