İŞİD əsgərləri üçün evlənmə bürosu açılıb

Qondarma İraq və Şam İslam dövləti yaradan İŞİD təşkilatı zəbt olunan Suriya və İraq ərazilərində fəaliyyət göstərəcək və sırf İŞİD əsgərlərinə xidmət edəcək nikah agentliyi açıb. ANS PRESS-in məlumatına görə, agentlikdə İŞİD üzvləri ilə evlənmək istəyən xanımlar üçün tanışlıq xidməti və evlənmə bürosu fəaliyyət göstərəcək. Bir İŞİD-çinin yoldaşı olmaq istəyən zərif cinsin nümayəndələri burada özlərinə əsl "mücahid" tapa bilər.

Yeni xidmət təşkilatçılarının dediyinə görə onların qapısı "əsl cihadçı" arzusunda olan tənha və dul xanımlar üçün açıqdır. Bu cür tanışlığa razı olacaq xanımlar özləri barədə məlumatı büroya təqdim etməli və hər hansı bir yaraqlının onu bəyənib, seçməsini gözləməlidir. Bu dəfə seçimini etmiş İŞİD üzvü özü xanımın qapısın döyüb ona evlilik təklifi edə bilər.

Agentlik tərəfindən yeni evlənmiş cütlüyə qondarma İslam dövlətinin hər hansı bir bölgəsinə avtobus turları xidməti də təklif edilir. Avtobus həftədə 2 dəfə Suriyanın Anbar şəhərindən tərpənir. Onun axrıncı dayanacağı isə İraqın Raka şəhəridir.

Bu arada qısamüddətli münasibətlər təşkilatçılar tərəfindən qəti şəkildə bəyənilmir, nigahdan kənar əlaqələr isə ciddi cəzalandırılır.

AzNews.az