Müdafiə Nazirliyi: Yaralanan Azərbaycan əsgərinin vəziyyəti sabit-ağırdır

Erməni silahlı bölmələrinin dünən axşam saatlarında atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu ilkin tibbi yardım göstərildikdən sonra, hospitala yerləşdirilib.

Hərbçinin vəziyyəti sabit-ağırdır.

AzNews.az