Poroşenko Lukaşenkonu razı saldı

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna probleminin həlli ilə bağlı danışıqların Minskdə aparılmasına razılıq verib.

AzNews.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Petr Poroşenko belaruslu həmkarı A. Lukaşenko ilə telefon danışığında razılıq əldə olunub.

Belarus prezidentinin mətbuat xidmətindən bildirilib ki, ötən gün Ukrayna tərəfinin təşəbbüsü ilə reallaşan danışıq zamanı tərəfləri maraqlandıran məsələlər müzakirə edilib.

Poroşenko həmkarından danışıqların Minskdə aparılmasına razılıq verməsinə dair etdiyi xahiş Lukaşenko tərəfindən müsbət qarşılanıb.


Məhəmməd
AzNews.az