FHN-nin yuxu əməliyyatı - Gülməli nəticə

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. AzNews.az qurumun saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nazirliyə müraciət edən şəxslər mənzildəki şəxslər qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.

Xilasedicilər məcburiyyət qarşısında qalıb çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaşlar yatmış vəziyyətdə aşkarlanıb. Məlum olub ki, bu iki şəxs o qədər möhkəm yatıblar ki, heç nədən xəbərləri olmayıb. Əməliyyat saat 01:26-da başa çatıb.

İntiqam Valehoğlu
AzNews.az