Kənan M.M-ə 7 il iş verilə bilər - FOTOLAR

Müğənni Vüqar Muradovu və qardaşını döyməkdə şübhəli bilinərək həbs olunan rejissor Kənan M.M-ə (Mahmudov) Cinayət Məcəlləsinin 221-ci maddəi ilə barəsində cinayət işi açılıb. AzNews.az bu maddə ilə rejissora verilə biləcək cəzanı araşdırıb. Məlum olub ki, həmin maddənin birinci bəndinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2-ci maddədə isə qeyd olunur ki, eyni əməllər bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin üçüncü bəndində isə qeyd olunur ki, xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sizə hazırda həbsdə olan rejissorun fotolarını maraqlı fotolarını təqdim edirik. Bu fotolar rejissor barədə əlavə informasiyalar verir:








İntiqam Valehoğlu
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description