Tükürpədici qətl törədən şəxs həbs olundu

Abşeron rayonu, Mehdiabad qəsəbəsində qadını boğaraq qətə yetirən, sonra evini yandıran şəxs tutulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

Qeyd edək ki, iyulun 26-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində M.Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.

Araşdırmalar zamanı M.Rəsulovanın boğma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

AzNews.az