Maştağada avtomobil piyadaları vurdu - 1 qadın öldü

Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 29-da saat 23 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəlal Nəcəfov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən şəxsiyyəti məlum olmayan 2 qadını vurub.

Xəstəxanaya yerləşdirilmiş qadınlardan biri ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az