Nəcməddin Sadıkov Hərbi Akademiyanın məzunları ilə görüşdü

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hərbi Akademiyanın məzunları ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, iyulun 30-da Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Hərbi Akademiyasının 2014-cü il məzunları ilə görüşüb.

Baş Qərargah rəisi məzunlar qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Silahlı Qüvvələrdə aparılan islahatların mahiyyəti, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında qoyulan göstəriş və tapşırıqları bir daha şəxsi heyətin nəzərinə çatdırıb.

Zabitləri bu əlamətdar gün münasibətilə təbrik edən general-polkovnik N.Sadıkov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrlərini, tələblərini və tövsiyələrini şəxsi heyətə çatdıraraq ordumuzun daha güclü, qüdrətli olması, düşmən üzərində qələbənin təmin edilməsi üçün əldə etdikləri biliklərinin təcrübədə tətbiq edilməsi məqsədilə xidmətlərində və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.


AzNews.az