Leyla Yunusa 3 aylıq həbs verildi

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkilləri jurnalistlərə açıqlamasında bildirib. Onun vəkili Cavad Cavadov bildirib ki, Leyla Yunus Kürdəxanıdakı İstintaq Təcridxanasına aparılıb.
Qeyd edək ki, "Ayna-Zerkalo" qəzetinin dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan əməkdaşı Rauf Mirqədirovun işi üzrə Leyla Yunus da dindirilib. O, sonradan istintaqa çağırılsa da, ora getməkdən imtina edib. Bu gün isə səhər saatlarında o, saxlanılaraq Baş Prokurorluğa aparılıb və dindirilib. Ona və ərinə qarşı dövlətə xəyanət və başda maddələrlə ittiham irəli sürülüb. Leyla Yunusun əri Arif Yunus isə ölkədən çıxmamaq haqqında yazılı iltizam verib.