“Qarabağ” 9 nəfərlə tarixə düşdü- VİDEO

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Zalsburq"u qəbul edən "Qarabağ" klubu mərhələyə qələbəylə başlayıb. AzNews.az xəbər verir ki, oyunun2-ci dəqiqəsində ağğdamlıların yeni transferi Danilo Dias hesabı açıb. 78-ci dəqiqədə "Zalsburq"un kapitanı Conatan Soriano hesabı bərabərləşdirib. Matçınbitməyinə 4 dəqiqə qalmış "Qarabağ"ın qol silahı Reynaldo oyunda yekun nöqtəni qoyub-2:1.

Qeyd edək ki, bu oyunda ukraynalı baş hakim komandamızın iki oyunçusuna-Admir Teli və Reynaldoya qırmızı vərəqə gösətərək meydandan qovub.

Xatırladaq ki, buna qədər klublarımızdan yalnız "Bakı" və "Neftçi" ÇL-in III təsnifat mərhələsində iştirak etsələr də, qələbə qazanmamışdılar."Qarabağ" Bakıda Avstriya çempionunu məğlub etməklə bu uğursuz seriyaya son qoyub.



İntiqam Valehoğlu
AzNews.az