İstirahət mərkəzində yanğın

Naftalanda istirahət mərkəzində yanğın olub.

AzNews.az FHN-in saytına istinadən verir ki, Naftalan şəhərində ümumi sahəsi 325 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən istirahət mərkəzinin yanar konstruksiyaları 290 kv.m sahədə yanıb. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az